Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü” münasibətilə tədbir keçirilib

12 noyabr 2025 | 16:46

“Konstitusiya və Suverenlik ili” çərçivəsində “12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü” münasibətilə Göyçay Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhər mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Akt zalında davam edən tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, YAP Göyçay rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tayonun təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin əməkdaşları, rayon ziyalıları, Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suvrenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü ilə bağlı geniş məruzə edib. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın təsadüf etməsi bu önəmli tarixi daha da əlamətdar edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Respublikanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, Ulaşlı Şıxlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Mahmudova, Ərəbcəbirli bələdiyyəsinin sədri Gözəl Abdullayeva bildiriblər ki, hər bir dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair təməl konstitusiya prinsiplərinin varlığı ilə şərtləndirilir. Belə ki, istənilən hüquqi dövlətin əsas qanunu bu əsas prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqları, hakimiyyətlərin bölgüsü, digər bir sıra mühüm dəyərləri özündə ehtiva edir. Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, ən əsası isə demokratik dəyərlərə əsaslanan ölkənin yeni Əsas Qanununun qəbul edilməsi zərurətə çevrilmişdir.

Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim edilib.

Sonda rayon Mədəniyyət Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə hazırladığı bədii  kompozisiya nümayiş olunub.

Keçidlər