Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar seminar keçirildi

01 mart 2024 | 13:00

Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2024-cü il üçün "1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusu üzrə keçirilməsi qərara alınmışdır.

Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında 2024-cü il üçün təsdiq olunmuş Mülki müdafiə tədbirlər planına əsasən “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar seminar keçirildi.

Seminarda Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin Təlim və əməliyyat planlaşdırma şöbəsinin baş zabiti, mayor Orxan Əhmədov, rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahının rəisi İsmayıl Hüseynov və RİH-nin əməkdaşları iştirak edib.

Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının əhatə etdiyi dövIətlərdə məqsəd, dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlararası qarşılıqlı yardım təşkil etməkdir.

Sonra Aran Regional Mərkəzinin zabiti O.Əhmədov mülki müdafiə gününün önəmini vurğulayaraq İdarənin bu sahədə gördüyü işlərdən bəhs edib.

Qeyd edək ki, 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təkcə rayon İcra Hakimiyyətinin deyil, rayonda fəaliyyət göstərən idarə, müsəsisə və təşkilatlarda da tədbirlər keçirilib.

Keçidlər