Göyçayda “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gəlin Uşaqları Dinləyək” adlı tədbir keçirildi
Rayonda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Gəlin Uşaqları Dinləyək” adlı tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Gənclər və idman İdarəsinin rəisi Elşən Şirinov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova əlamətdar gün münasibəti ilə uşaqları təbrik edərək bildirdi ki, hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə torpaq uğrunda canından keçən Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, övladlarının sağlam, intellektli böyümələri üçün əlimizdən gələni etmək hər birimizin müqəddəs borcudur.
Sonra Z.Zeynalova tədbirdə iştirak edən Göyçay rayonu Çayarxı kəndinin şəhidi Hacıyev Toğrul Siyavşah oğlu Tunarın 3 yaşının tamam olması münasibətilə təbrik etmiş və tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, övladlarının yad olunmasını Şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.