Göyçayda 09 noyabr - Dövlət Bayrağı günü qeyd edildi
Göyçay rayonunda 09 noyabr - Dövlət Bayrağı günü münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev prospektində yerləşən Bayraq Muzeyində olublar, muzeydə nümayiş etdirilən eksponatlar haqqında respublikanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı qonaqlara ətraflı məlumat verib.
Muzeyinin qarşısında davam edən tədbirdə şəhər 4 nömrəli tam orta məktəbin qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, respublikanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı çıxış edərək Azərbaycanın müasir bayrağının yaranma tarixi və 9 noyabr “Bayraq Günü” kimi qeyd edilməsi haqqında ətraflı məlumat verərək 20 il əvvəl həmin tarixdə öz çiyninə məsuliyyətli və şərəfli vəzifəni götürən müzəffər liderimiz tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyində Xankəndində bayrağımızı ucaltması xüsusilə qürurverici olduğunu bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik simvoluna çevrilib.
Sonra rayon gənclərinin ifasında vətənpərvərlik musiqiləri dinlənilib.