Göyçayda 02 fevral – Gənclər günü münasibətilə tədbir keçirilib
02 fevral – Gənclər günü münasibətilə Göyçay Gənclər Evində tədbir keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon Gənclər Sektorunun rəis əvəzi Təranə Nuriyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, 44 günlük Vətən müharibəsi iştirakçıları, qaziləri və rayon gəncləri iştirak ediblər.
Rayon Gənclər evinin foyesində gənclər tərəfindən hazırlanan əl işləri nümayiş edilib. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gənc könüllülər arasında intellektual bilik yarışı keçirilib, qalib komandalar müəyyən edilərək mükafatlandırlıb. Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova Gənclər günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və bildirib ki, Azərbaycanda dövlət Gənclər siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tarixi Zəfərimiz, Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz, vətən uğrunda mətanətlə vuruşan gənclərimizin qəhrəmanlıq salnaməsi, mübariz gənclərimizin fədakarlıq, şücaət nümayiş etdirmələrini qeyd edib.
Sonda rayon gənclərinin ifasında maraqlı musiqi proqramı nümayiş etdirilib və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə rayon icra hakimiyyətinin diplomları təqdim edilib.