Göyçayda “01 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirildi
Heydər Əliyev ili əlaqədar “01 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Göyçay Rayon Heydər Əliyev Mərkəzində uşaq yaradıcılıq festivalı keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay Təhsil Sektornunun müdiri Rauf Məmmədov, Göyçay Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, rayon Gənclər Evinin direktoru Fərid Əkbərov, Şəhid və müharibə əlillərinin övladları, rayon ümumtəhsil və məktəqədər təhsil müəssisələrinin uşaqları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzüblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirib ki, uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə, tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün dövlət tərəfindən zəruri şəraitin yaradılıb.
Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub, hazırladıqları rəqs nömrələri və nəğmələr səsləndirilib.