Göyçay şəhərinin Rəsul Rza küçəsinə yeni asfalt örtüyü vurulub
Göyçay rayonunda piyadaların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün küçə və dalanlarda abadlaşdırılma işləri aparılır.
Görülən abadlıq işləri çərçivəsində noyabr ayının 17-də şəhərin Rəsul Rza küçəsinə yeni asfalt örtüyü vurulub. Abadlıq işlərini həyata keçirən podratçı təşkilat “ATF” MMC tərəfindən hazırda şəhərin Vaqif, Zakir Nəfəcov, Xəyal Məmmədov küçələrində və 52-ci məhəllədə yolun qaydaya salınaraq yeni asfalt örtüyünün vurulması üçün hazırlıq işləri görülür.
Həmçinin şəhərin Nizami və Rəsul Rza küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması işlərinə başlanılıb.
Aparılan abadlıq işləri çərçivəsində şəhərin Heydər Əliyev prospektindəki dalanlara yeni asfalt örtüyünün vurulması işləri yekunlaşmışdır.
Göyçay şəhərində küçə və dalanların asfaltlanması, piyada səkilərində abadlıq işlərinin görülməsi tərtib edilmiş plana uyğun olaraq mərhələli şəkildə davam etdirilir.