Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərinin küçələrinə yeni asfalt örtüyünün vurulması işləri davam etdirilir

03 fevral 2023 | 10:48

Göyçay şəhərində aparılan abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Tədbirlər planına uyğun olaraq hazırda şəhərin Nizami, Həsən bəy Zərdabi, Ziya Bünyadov, Nəriman Nərimanov və Atatürk küçələrinin dalanlarına yeni asfalt örtüyü vurulur.

Ümumilikdə şəhər ərazisində 106 dalan və küçələrə 68 min kvadratmetr yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub. Hazırda 85 dalan və küçəyə 58 min kvadratmetr yeni asfalt örtüyü çəkilmişdir.

Ayın sonuna kimi tərtib edilmiş plana uyğun olaraq daha 10 min kvadratmetr əraziyə asfalt salınacaq.

Keçidlər