Göyçay şəhərinin küçələrində abadlıq-quruculuq işlərinə başlanılıb
Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay şəhərinin dörd küçəsində abadlıq-quruculuq işlərinə başlanılıb.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 5986 metr uzunluğunda piyada yolu yenilənərək müasir səviyyəyə çatdırılacaqdır.
Abadlıq işləri çərçivəsində şəhərin Rəsul Rza, Füzuli, Mehman Muradov və Mirzə Ələkbər Sabir küçələrində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsi təmin olunacaqdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə saxlanılır.
Qeyd edək ki, cari ilin əvvəlində şəhərin mərkəzi və böyük küçələri olan Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə küçəsində yeni bardürlər düzülmüş, piyada zolaqları yenilənmişdir.