Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərinin küçə və parkların işıqlandırılması işləri davam etdirilir

17 iyun 2023 | 11:40

Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə əsasən Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə piyadaların axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək və sakinlərin asudə vaxtlarını parklarda rahat istirahət edərək gəzmələri üçün işıqlandırma işlərinin bərpa edilməsi davam etdirilir.

İyun ayının 17-də Heydər Əliyev adına parkda və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərinin Natəvan küçəsinin ərazisindən keçən hissəsində elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırıma təmin edilmişdir.

Şəhərin prospekt, küçə və parklarının işıqlandırılması ilə bağlı mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, bu günədək Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad və S.Xəlilov küçələrində elektrik dirəklərində təmir-bərpa işləri görülərək küçələrin işıqlandırılması təmin edilmişdir.

Hazırda şəhərin Bakı, A.Faruq, N.Tusi, 20 Yanvar və Vaqif küçələrinin işıqlandırılması üçün təmir işləri aparılır.

Keçidlər