Göyçay şəhərinin Heydər Əliyev prospektində və M.Ə.Rəsulzadə küçəsində piyada səkiləri əsaslı təmir edilir
Göyçay rayonunda aparılan abadlıq işləri çərçivəsində şəhər ərazisində küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər aparılır.
Görülən işlər yanaşı şəhərin böyük küçələrindən sayılan Heydər Əliyev prospektində və M.Ə.Rəsulzadə küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin, küveytlərin beton özüldə əsaslı təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin aqlay üzlük tavaları qaya daşları ilə üzlənməsi işləri görülür.
Təmir və bərpa işləri zamanı səkilər tamet daşları ilə örtülür, yeni bardürlər qoyulur, piyada zolaqları yaradılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla abadlıq işləri davam etdirilir.