Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində Zakir Nəcəfov küçəsinə yeni asfalt örtüyü çəkilib

06 fevral 2024 | 15:11

Göyçay Rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq 2024-cü ildə də şəhərin küçə və dalanlarında yolların asfaltlaşdırılması, həmçinin cari təmir işlərini həyata keçirir.

Fevralın 6-da rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün yeni asfalt örütüyü vurularaq təmir işləri aparılıb.

Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari ildə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur.

 

Keçidlər