Göyçay şəhərində yolların və səkilərin əsaslı təmiri işləri davam etdirilir
Göyçay rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yolların və səkilərin əsaslı təmiri, asfaltlanması və yaşıllıqların salınması istiqamətində işlər uğurla aparılır.
Noyabr ayının 20-də şəhərin Vaqif, S.Vurğun, Şirvani, Z.Tağıyev, Z.Nəcəfov küçələrinin və 52-ci məhəllədə yolun yararsız hissələrinə abadlıq işlərini həyata keçirən podratçı təşkilat “ATF” MMC tərəfindən yeni asfalt örtüyü vurulub.
Hazırda şəhərin Xəyal Məmmədov, Rauf İsayev və Maarif Həsənov küçələrində yeni asfalt örtüyünün vurulması üçün yol yatağının qaydaya salınması işləri görülür. Şəhərin Rəsul Rza küçəsində isə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkisinin yenidən qurulmasına başlanılıb.
Aparılan abadlıq işləri çərçivəsində noyabr ayı ərzində şəhərin Heydər Əliyev prospektindəki dalanlara yeni asfalt örtüyünün vurulması və Nizami küçəsində piyada səkisinin yenidən qurulması işləri yekunlaşmışdır.