Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində ümumrayon iməcliyi keçirildi

01 iyul 2022 | 18:15

01 iyul 2022-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay  şəhərinin mərkəzi küçələrində yay mövsümü ilə əlaqədar növbəti ümumrayon iməcliyi təşkil olunub.

İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Abadlaşdırma Təmir, Sanitar Təmizlik, Mənzil İstismar İdarələrinin əməkdaşları iştirak ediblər.

Şəhərin Nizami Gəncəvi, Mehdi Hüseynzadə və digər küçələrindəki səkilər alaq otlarından, suvarma arxları lil və çöküntülərdən təmizlənərək qaydaya salınmışdır.

Ekoloji tarazlığının qorunması, eyni zamanda təbiətə qayğı hissinin güclənməsi baxımından keçirilən iməclikdə idarə və təşkilatların əməkdaşları böyük ruh yüksəkliyi ilə iştirak ediblər.

Rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.

Keçidlər