Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib

13 mart 2023 | 18:50

Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə iməclik təşkil olunub və ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Göyçay Rayon Heydər Əliyev Mərkəzinin qarşısında müxtəlif növ ağaclar əkilib.

Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşlari, idarə, müəssisə, ictimaiyyət nümayəndələri iştirak edib.

Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və qeyd edilmişdir ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Keçidlər