Göyçay şəhərində sakinlərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçələrin işıqlandırılması həyata keçirilib
Göyçay şəhərində küçələrin işıqlandırılması, nəqliyyatın və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə nasazlıq yaranmış elektrik lampalarının dəyişdirilməsi və yeni işıqlandırma sistemlərinin çəkilməsi işləri həyata keçirilmişdir.
Avqust ayının 4-də rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin Heydər Əliyev prospektində, M.Hüseynzadə, Nizami və M.Ə.Rəsulzadə küçələrində nasazlıq yaranmış elektrik lampaları dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.
Növbəti həftə ərzində şəhərin Ə.Kərim və R.Rza küçələrində elektrik lampalarının dəyişidirilməsi işlərinə başlanılacaqdır.
Bu günədək şəhərin 20 küçəsinin və 2 park ərazisinin işıqlandırılması bərpa edilib.