Göyçay şəhərində piyada səkilərinin yenidən qurulması işləri davam etdirilir
03 iyul 2023 | 17:39
Göyçay şəhərinin küçələrində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması işləri aparılır.
İyulun 3-də abadlıq işləri çərçivəsində şəhərin 28 may küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkilərin əsaslı şəkildə təmiri, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, həmçinin yol kənarlarında yaşıllıqların salınması işlərinin layihə üzrə həyata keçirilməsinə başlanılmışdır.
Qeyd edək ki, bu günədək şəhərin Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, Füzuli, M.Muradov və R.Rza küçələrində piyada səkilərinin yenidən qurulması işləri tamamlanmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi nəzarətdə saxlanılır.