Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində Nizami və Füzuli küçələrinin işıqlandırılması təmin edilib

11 iyun 2025 | 17:21

Göyçay şəhərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün küçələrin asfaltlanması, piyada səkilərinin əsaslı təmiri və işıqlanma sisteminin yenilənməsi işləri davam etdirilir.

10 iyun 2025-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin Nizami və Füzuli küçələrinin işıqlandırılması təmin edilib.

Bu günədək 27-dən çox küçənin və 2 park ərazisinin işıqlandırılması işləri həyata keçirilib. Hazırda şəhərin müxtəlif ərazilərində infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir və 20-yə yaxın küçədə işıqlandırma sisteminin qurulması məqsədilə yeni elektrik xətləri çəkilir.

Layihə çərçivəsində müasir texnoloji standartlara cavab verən avadanlıqlardan istifadə olunur.

Qeyd edək ki, Göyçay rayonunda abadlıq işlərinin görülməsi tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Keçidlər