Göyçay şəhərində küçələrinin işıqlandırılması işlər davam etdirilir
Göyçay şəhərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçələrin asfaltlanması, piyada səkilərinin əsaslı təmiri və işıqlandırma sisteminin yenilənməsi istiqamətində işlər davam etdirilir.
2025-ci il 17 iyul tarixində rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhərin Natəvan və M.Ə.Rəsulzadə küçələri, həmçinin Əli Kərim adına parkın ətrafındakı yollar işıqlandırılıb.
Bu günədək 27-dən çox küçədə, 2 park ərazisində, eləcə də Şəhriyar küçəsində yerləşən 10 və 11 nömrəli çoxmənzilli yaşayış binalarının həyətində işıqlandırma işləri həyata keçirilib.
Hazırda şəhərin müxtəlif ərazilərində yolların işıqlandırılması məqsədilə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər görülür. Bu çərçivədə 20-yə yaxın küçədə işıqlandırma sisteminin qurulması üçün yeni elektrik xətləri çəkilir. Layihə çərçivəsində müasir texnoloji standartlara cavab verən avadanlıqlardan istifadə olunur.
Qeyd edək ki, Göyçay rayonunda abadlıq işləri tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.






