Göyçay şəhərində küçələrin işıqlandırılması işləri davam etdirilir
10 fevral 2025 | 17:58
Göyçay şəhərində gece saatlarında piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yeni işıqlandırma sistemlərinin çəkilməsi istiqamətində işlər davam etdirilir.
09 fevral 2025-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin Cəlil Məmmədquluzadə və Nəriman Nərimanov küçələrinin, həmçinin Natəvan küçəsindəki avtomobil yol dairəsinin işıqlandırılması təmin edilib.
Beləliklə şəhərin 22-dən çox küçəsinin və 2 park ərazisinin işıqlandırılması işləri həyata keçirilib. Növbəti mərhələdə şəhərin Nizami, Füzuli və Atatürk küçələrinin işıqlandırılması işlərinə başlanılacaqdır.