Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində küçələrin abadlaşdırılması istiqamətində işlər davam edir

11 mart 2025 | 17:00

Göyçay rayonu ərazisində aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində avtomobil yollarının və piyada səkilərin əsaslı təmiri, küçələrin işıqlandırılması, eləcə də yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Şəhərin Heydər Əliyev prospektinin qərb hissəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin qurulması, yeni işıqlandırma sistemlərinin çəkilməsi işləri görülür və yol boyunca yeni ağacların əkilir.

Şəhərin Ənvər Məmmədxanlı küçəsində isə dalanlara yeni asfalt örtüyü çəkilmişdir.

Həmçinin şəhərin Bahəddin Mirzəyev və Yuri Kovalyov küçərində yeni işıqlandırma sistemlərinin çəkilməsinə başlanılmışdır.

Qeyd edək ki, Göyçay rayonunda abadlıq işlərinin görülməsi müvafiq tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Keçidlər