Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində küçələrin abadlaşdırılması işləri davam edir

12 fevral 2024 | 12:45

 Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən küçələrin abadlaşdırılması istiqamətində aparılan işlər davam edir. 

Hazırda şəhərin mərkəzi yollarından olan Mehdi Hüseynzadə və Nizami küçələrində divarlara müasir üzlük daşların vurulması, Sabir küçəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə piyada səkilərinin yenidən qurulması və Füzuli, Rəsul Rza, 28 may küçələrində isə divarların aşılanaraq bərpa edilməsi, üzlənməsi, vətəndaşlara məxsus çöl qapıların rənglənməsi işlərinə başlanılmışdır.

Görülən işlərlə yanaşı piyadaların və avtomobillərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yolların asfaltlanması, küçələrin gecə işıqlandırılması işlərin də mərhələli şəkildə davam etdirilir.

Rayon ərazisində görülən işlər planlı şəkildə mütəmadi olaraq həyata keçirilir.

 

Keçidlər