Göyçay şəhərində Heydər Əliyev prospektinin qərb hissəsinin abadlaşdırılması işlərinə başlanılıb
Son aylar Göyçay rayonunda geniş miqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işlərinə başlanılmışdır.
Hazırda şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişdiyi ərazidə xüsusi layihə əsasında aqroturizmin inkişafı və ətraf mühitin mühafizəsi, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını təmin etmək məqsədilə aqroturizm parkının salınması işləri aparılır.
Görülən işlərlə yanaşı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş istiqamətindən rayonun əsas giriş yollarından sayılan Heydər Əliyev prospektində yol kənarlarının genişləndirilməsi, ərazidə keçən suvarma arxının lil və çöküntülərdən təmizlənməsi, avtomobil yolunun və piyada səkilərinin abadlaşdırılması işlərinə başlanılmışdır.
Qeyd edek ki, şəhər ərazisində piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin olunması üçün yolların asfaltlanması, piyada səkilərinin əsaslı təmiri, küçələrin gecə işıqlandırılması işlərinin mərhələli şəkildə davam etdirilir.