Göyçay şəhərində Ənvər Məmmədəxanlı küçəsinin abadlaşdırılması işlərinə başlanılıb
17 iyul 2024 | 19:15
Göyçay Rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq 2024-cü ildə də şəhərin küçə və dalanlarında yolların abadlaşdırılması, həmçinin cari təmir işlərini həyata keçirir.
İyulun 17-də rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Göyçay şəhərinin Ənvər Məmmədəxanlı küçəsində vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün yeni asfalt örütüyünün vurulmasına başlanılıb.
Hazırda yolda torpaq yatağının hazırlanması və piyada səkisinin yenidən qurulması işləri aparılır.
Yolun əsaslı təmir-tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam edir.