Göyçay şəhərində daha üç küçə və yol dairəsinin işıqlandırılması təmin edilib
Göyçay şəhərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün küçələrin asfaltlanması, piyada səkilərinin əsaslı təmiri və işıqlanma sisteminin yenilənməsi işləri mütəmadi olaraq davam etdirilir.
03 aprel 2025-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin Ş.Qurbanov, Ordubadi və Nizami küçələrinin, həmçinin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən avtomobil yol dairəsinin işıqlandırılması həyata keçirilib.
Ümumilikdə şəhər ərazisində bu günədək 25-dən çox küçənin və 2 park ərazisinin işıqlandırılması təmin edilmişdir.
Qeyd edək ki, Göyçay rayonunda abadlıq işlərinin görülməsi tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.