Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində daha iki küçənin işıqlandırılması təmin edilib

03 sentyabr 2024 | 22:02

Göyçay şəhərində küçələrin işıqlandırılması, nəqliyyatın və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə nasazlıq yaranmış elektrik lampalarının dəyişdirilməsi və yeni işıqlandırma sistemlərinin çəkilməsi işləri həyata keçirilmişdir.

Sentyabr ayının 3-də rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhərin Z.Tağıyev küçəsinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.

Həmçinin şəhərin Əli Kərim küçəsində nasazlıq yaranmış elektrik lampaları dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.

Növbəti həftə ərzində şəhərin Zərdabi və digər küçələrində elektrik lampalarının dəyişidirilməsi işlərinə başlanılacaqdır.

Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün şəhər ərazisinin işıqlandırılması işləri davam etdirilir.

Keçidlər