Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində daha dörd küçə işıqlandırılıb

30 sentyabr 2025 | 14:35

Göyçay şəhərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçələrin asfaltlanması, piyada səkilərinin əsaslı təmiri və işıqlandırma sisteminin yenilənməsi istiqamətində işlər davam etdirilir.

2025-ci il 30 sentyabr tarixində rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə şəhərin Natəvan, Sabir, Qantemir və Z.Nəcəfov küçələrinin işıqlandırılması təmin edilib.

Bu günədək 28-dən çox küçədə, 2 park ərazisində, eləcə də Şəhriyar küçəsində yerləşən 10 və 11 nömrəli çoxmənzilli yaşayış binalarının həyətində işıqlandırma işləri həyata keçirilib.

Hazırda şəhərin digər küçələrində yolların işıqlandırılması məqsədilə yeni elektrik xətləri və müasir dayaqlar quraşdırılaraq sayğaclara qoşulma işləri aparılır. Görülən işlər tam başa çatdıqdan sonra küçələrin işıqlandırılması təmin olunacaqdır.

Qeyd edək ki, Göyçay rayonunda abadlıq işləri tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Keçidlər