Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində daha bir küçənin işıqlandırılması təmin edildi

29 noyabr 2023 | 18:52

Son aylar Göyçayda küçə və parkların abadlaşdırılması, işıqlandırılması, yaşıllıqların salınması, yolların, səkilərin əsaslı və cari təmir edilməsi istiqamətində rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq işlər aparılır.

Bu gün şəhərin N.Nərimanov, M.Ə.Rəsulzadə və Füzuli küçələrinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.

Hazırda şəhərin 18 küçəsində və 2 park ərazisində piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün işıqlandırılma bərpa edilib.

O cümlədən Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad, S.Xəlilov, A.Faruq, 20 Yanvar, Bakı və Vaqif küçələri işıqlandırılıb.

Hazırda şəhərin Qantəmir və Zərdabi küçələrinin işıqlandırılması işlərinə başlanılıb.

Keçidlər