Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhərində “Aqroturizm və Məşğulluq” festivalı keçirildi

25 iyun 2022 | 23:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində Göyçay şəhərində “Aqroturizm və Məşğulluq” festivalı təşkil olunub.

Festivalın təşkilində əsas məqsəd regionda aqroturizmin və ekoturizmin, eləcə də qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə maraqlarını artırmaq, aqroturizm sahəsində idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, Peşə Hazırlığı Mərkəzlərinin müdavimləri, xüsusilə də gənclər üçün əlavə gəlir və qazanc gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərinin inkişafına dəstək göstərməkdir.

Festivalın açılışında Göyçay Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Hikmət Məmmədov, millət vəkili Məzahir Əfəndiyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vahid Əliyev, Dövlət Turizm Agentliyinin nümayəndəsi Niyaz Əliyev, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini Bariz Mehdiyev və digər rəsmi şəxslər çıxış edib.

Festivalın əhəmiyyətindən danışan natiqlər aqroturizmin ölkəmizdə getdikcə daha geniş yayıldığını, əhalinin məşğulluğunun təmin olunmasında aqroturizmin geniş imkanlarının olduğunu bildiriblər.

Bildirilib ki, ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq aqroturizm vasitəsilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin inkişafına yol açılır və kənd təsərrüfatının inkişafına töhfələr verilir.

Festivalda Göyçay və ətraf rayonlardan olmaqla, ümumilikdə 10 rayon və şəhərdən 40-a yaxın kənd turizmi, o cümlədən aqroturizmlə məşğul olan şəxsin təsərrüfatlarının təqdimatı keçirilib, eləcə də müxtəlif əl işləri olan şəxslərin məhsullarından ibarət sərgilər açılıb.

Keçidlər