Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhəri ərazisində küçələrin işıqlandırılması ilə bağlı işlər mütəmadi olaraq davam etdirilir

01 fevral 2024 | 15:39

Göyçay rayonunda küçə və parkların işıqlandırılması istiqamətində rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq işlər aparılır.

Bu gün şəhərin N.Nərimanov küçəsinin elektrik dirəklərində təmir-bərpa işləri aparılaraq işıqlandırılması təmin edilib.

Hazırda şəhərin 18 küçəsində və 2 park ərazisində piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün işıqlandırılma bərpa edilib.

O cümlədən Heydər Əliyev parkında, Sabir bağı adlanan ərazidə, şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseyzadə, Nizami, M.Ə.Rəsulzadə, Natəvan, Ə.Kərim, Ə.Səmidli, Vidadi, Həbibi, Ə.Cavad, S.Xəlilov, A.Faruq, 20 Yanvar, Bakı, Vaqif, Nərimanov, M.Ə.Rəsulzadə və Füzuli küçələri işıqlandırılıb.

Keçidlər