Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhəri ərazisində asfaltlanma və abadlıq işləri davam edir

13 fevral 2023 | 17:56

Göyçay rayonunda aparılan abadlıq işləri çərçivəsində şəhər ərazisində küçələrə yeni asfalt örtüyünün çəkilməsi, yolların işıqlandırılması, yaşıllıqların salınması, səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam edir.

Son günlər şəhərin Zərdabi, Bakı və Nəriman Nərimov küçələrinin dalanlarına yeni asfalt örtüyü vurulub. Bu günədək isə şəhərin 36 küçə və 55 dalanına ümumlikdə 66 min kvadratmetr yeni asfalt örtüyü çəkilmişdir. Hava şəraitindən asılı olaraq ayın sonuna kimi asfaltlanma işlərinin yekunlaşması nəzərdə tutulur.

Şəhər ərazisində aparılan abadlıq işləri ilə yanaşı rayon İcra Hakimiyyəti tərəfindən Əli Səmədli küçəsinin işıqlandırılmasına başlanılmış və hazırda həmin ərazidə işlər davam etdirilir.

Həmçinin Şəhər Təsərrüfatı Birliyi tərəfindən Nizami küçəsində yol kənarları və arxlar təmizlənərək səliqə-səhman yaradılmışdır.

Keçidlər