Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay şəhər stadionunda abadlıq işləri aparılır

04 aprel 2024 | 18:17

Göyçay rayonu ərazisində abadlıq-quruculuq və yenidənqurma işləri, o cümlədən küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində davamlı olaraq işlər həyata keçirilir.

Həmçinin rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların icrasının təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən sahibkarlar arasında maarifləndirmə və digər müxtəlif istiqamətlər üzrə işlər aparılır.

Bununla bağlı yerli sahibkar Teymurov Abbasqulu Sahib oğlunun təşəbbüsü ilə rayon sakinlərinin məşğulluğunun artırılması və Göyçay şəhər stadionunda abadlıq işlərinin aparılması məqsədilə müvafiq işlərin həyata keçirilməsinə başlanılıb.

Belə ki, hazırda uşaq və yeniyetmələrin, gənclərin eləcə də rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkil olunması üçün şəhər stadionunun ərazisinin rənglənməsi, işıqlandırılması, mini futbol meydançasının əsaslı təmiri, sanitar qovşağın və stadion ərazisində fəaliyyət göstərən kafenin yeni inventarlarla təmin olunması işləri aparılır.

Mərhələli şəkildə stadion ərazisində qapalı mini futbol meydançasının, tennis kortu və fitnes idman növlərinin inkişaf etdirilməsi üçün müasir avadanlıqların quraşdırılması nəzərdə tutulub.

Keçidlər