Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Yeni İl şənliyi keçirildi
Dekabrın 29-da Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, təhsil işçiləri Həmkarlar İttifaqının rayon şöbəsinin sədri Taliyə Mahmudova iştirak ediblər.
Şənlikdə gimnaziyanın xüsusi qrupda təhsil alan sağlamlıq imkanları məhdud olan şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.
Sonra gimnaziyanın şagirdlərinə rayon İcra Hakimiyyəti və təhsil işçiləri Həmkarlar İttifaqı rayon şöbəsi tərəfindən bayram hədiyyələri təqdim edilib.