Göyçay şəhər Heydər Əliyev prospektində dalanlara yeni asfalt örtüyü vurulub
Göyçay rayonunda vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 16 noyabr 2024-cü il tarixdə Göyçay şəhərinin Heydər Əliyev prospektində dalanlara yeni asfalt örtüyü vurulub.
Asfalt örtüyünün vurulması işləri həyata keçirən “ATF” MMC tərəfindən hazırda şəhərin Rəsul Rza küçəsində asfalt örtüyünün vurulması işləri yekunlaşmış və piyada səkilərinin yenidən qurulmasına başlanılacaqdır.
Şəhərin Vaqif, Zakir Nəfəcov və Xəyal Məmmədov küçələrində isə yolun yararsız vəziyyətdə olan köhnə örtük qatının sökülməsi aparılmış və yeni asfalt örtüyünün vurulması üçün hazırlıq işləri görülür.
Göyçay şəhərində küçə və dalanların asfaltlanması, piyada səkilərində abadlıq işlərinin görülməsi tərtib edilmiş plana uyğun olaraq mərhələli şəkildə davam etdirilir.