Göyçay rayonunun yaşayış məntəqələrində elektrik təsərrüfatı yenidən qurulur
Göyçay rayonunun elektrik təsərrüfatının yenilənməsi əhalinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan yaradacaqdır.
18 noyabr 2024-cü il tarixdə “Azərişıq” ASC tərəfindən şəhərin Heydər Əliyev prospektində, A.Faruq, Z.Nəcəfov küçələrində və Birinci Ərəbcəbirli kəndi ərazisində yeni elektrik xətlərinin çəkilməsi, eləcə də abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə həmin xətlərə qoşulması işləri aparılıb.
Həmçinin rayonun Kürd kəndində vətəndaşların çoxsaylı müraciətləri əsasında qəzalı vəziyyətdə olan 6 ədəd elektrik dirəyinin qaydaya salınması istiqamətində tədbirlər görülüb.
Görülən işlər əhalinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan yaradacaq, elektrik enerjisi itkilərini minumuma endirəcək.