Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Veysəlli kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

23 oktyabr 2025 | 10:50

22 oktyabr 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Veysəlli kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Seymur Qasımov çıxış edərək Veysəlli kəndində keçirilən son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məruzə etmişdir.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının Şəkər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Babək Əliyev çıxış edərək Veysəlli kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Səyyar qəbul zamanı Eynulla Nəzərov elektrik xətlərinin fərdi yaşayış evinin dam örtüyünə toxunaraq təhlükəli vəziyyət yaratması, Rəfail Mikayılov torpaq sahəsinin suvarma təminatını yaxşılaşdırılması məqsədilə yaxınlıqdan keçən arxın lil və çöküntülərdən təmizlənməsi barədə rayon icra hakimiyyətinin başçısına müraciət ediblər. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər.

 

Keçidlər