Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Veysəlli kəndində qaz xəttinin açılışı olub

29 noyabr 2023 | 15:14

Rayon ərazisində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, qaz xəttlərində sızmaların aradan qaldırılması şəhər və kənd yaşayış məntəqələrinin təbii qazla normal təzyiqlə təchizatı istiqamətində işlər görülüb.

29 noyabr 2023-cü il tarixdə rayonunun Veysəlli kəndində rayon icra hakimiyyəti başçısı aparatının nümayəndələrinin iştirakı ilə təbii qaz xəttinin açılışı olub.

Rayonun idarə və müəssisə rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi açılış mərasimində çıxış edənlər ölkəmizdə, eləcədə rayonumuzda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söhbət açmışlar.

“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi rəisi Qurban Mehdiyev çıxış edərək, kənd sakinlərini təbii qaz xətti çəkilişi münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib.

Kənd sakinləri göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər