Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib

14 iyun 2024 | 18:23

Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib.

14 iyun 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova və Milli Məclisin deputatı Məzahir Əfəndiyev rayonun Qarabağlar kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

Son zəng mərasimi respublikanın bütün ümumtəhsil tam orta məktəblərində olduğu kimi Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlayıb

Daha sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrundan canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. Həmçinin, şagirdlərə öz ürək sözlərini bildirərək, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar. 

Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam edib, məzunlar üçün rəmzi “Son zəng” səslənib.

 

Rayonun digər məktəblərində də keçirilən “Son zəng” tədbirləri yüksək səviyyədə təşkil edilib

Keçidlər