Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” qeyd olundu

14 iyun 2022 | 18:48

14 iyun 2022-ci il tarixdə Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi.

Məktəblilərin “Son Zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul əməkdaşları, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektorunun nümayəndələri iştirak edirdilər.

Dövlət Himni oxunduqdan sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə iştirak edənlər məzunları və pedaqoji kollektivləri 15 iyun – Milli Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edərək ölkəmizdə təhsil sahəsindəki uğurlardan və böyük inkişafın əldə olunmasından söz açıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Göyçay rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. Vurğulanıb ki, bu il Göyçayda 1063 nəfər 11-ci sinifi  və 1427 nəfər  isə 9-cu sinifi bitirir.

“Son zəng” tədbirləri məktəblilərin hazırladıqları bədii kompozisiyalarla davam edib.

Keçidlər