Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun ümumtəhsil məktəblərində “𝐒𝐨𝐧 𝐳ə𝐧𝐠” tədbirləri keçirilib

14 iyun 2023 | 12:56

2022-2023-cü tədris ilində Göyçay rayonu ümumtəhsil müəssisələrində 2608 nəfərin şagird adı məzun adı ilə əvəz edildi.

Rayonun 1 və 6 saylı tam orta məktəblərində, həmçinin Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən "Son Zəng" tədbirlərində rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək məzunları təbrik etmiş və onlara uğurlar arzulamışdır!

 

Əziz məzunlar !

Sizin hər birinizi “Son zəng” münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək həyat yollarınızda böyük uğurlar arzulayırıq. Siz doğma ölkəmizin tərəqqisinə öz töhfənizi verməli, vətənimizə layiqli övladlar olmalısınız!

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Siz xoşbəxtsiniz ki, belə əlamətdar bir ildə məktəbi bitirirsiniz!

Siz qalib ölkənin qalib vətəndaşları-qalib məzunlarısınız. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin əldə olunması üçün döyüşərək şəhid olan, qazi olan igid övladlarımız da orta məktəblərdə təlim-tərbiyə almış, vətənpərvər ruhda yetişmişlər. Sizdə vətənimizi, xalqımızı sevməli, dövlətimizə şərəflə xidmət etməlisiniz.

Bu yolda Sizə uğurlar, sağlam və xoşbəxt həyat arzulayırıq!

Keçidlər