Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Şıxəmir kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

25 sentyabr 2025 | 12:20

24 sentyabr 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şıxəmir kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Göyçay rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə (https://rih.gov.az) onlayn müraciət etmək, həmçinin təklif və rəylərini bildirmək imkanlarının mövcud olduğu xatırladılıb.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov çıxış edərək Şıxəmir kəndində keçirilən son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məruzə etmişdir.

Daah sonra rayon İcra Hakimiyyəti başçısının Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Famil Abdullayev çıxış edərək Şıxəmir kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Səyyar qəbul zamanı kənd sakinləri İlham Əliyev pay torpaq sahələrində əkilən kənd təsərrüfatı məhsullarına qonşu kəndin iri buynuzlu mal-qarası tərəfindən ziyan vurulması, Şıxəmir və Məlikkənd kəndlərarası avtomobil yoluna çınqıl daşı tökülərək cari təmir edilməsi, Yaşar Veysəlov kəndin aşağı hissəsində yerləşən pay torpaq sahəsinə suyun vaxtında və kifayət qədər çatmaması nəticəsində əkin sahəsinin suvarılmasında çətinlik yaranması, Əsmər Hüseynova mülkiyyətində olan pay torpaq sahəsinin ərazisi şoran olduğundan əkin işlərini apara bilməməsi, Sahib İsgəndərov fərdi yaşayış evi inşa edilməsi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik olunması və Elməddin Rüstəmov yeni inşa etdirdiyi fərdi yaşayış evində elektrik enerjisinin gərginliyinin aşağı olması barədə rayon icra hakimiyyətinin başçısına müraciət ediblər.

Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və rayon rəhbərinə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər