Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Şıxəmir kəndində növbəti səyyar qəbul keçirildi

24 iyun 2022 | 18:01

24 iyun 2022-ci il tarixdə rayonun Şıxəmir kəndində növbəti səyyar qəbul keçirildi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək qeyd etdi ki, yerlərdə səyyar qəbulların keçirilməsində əsas məqsəd Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.

 İ.Vəliyev ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı üçün görülən tədbirlər haqqında məlumat verərək əhalinin sosial rifah halının daim diqqətdə saxlanıldığını bildirdi.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər