Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Qubadlı Şıxlı kəndində vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirildi

17 mart 2023 | 10:54

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə martın 17-də RİH başçısının Cəyirli  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qubadlı Şıxlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir neçəsi yerində həllini tapıb, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər