Göyçay rayonunun Qəbələ Müskürlü kəndində yeni elektrik transformatoru və dayaqlar quraşdırılıb
Göyçay rayonunun Qəbələ Müskürlü kənd sakinlərinin “Azərişıq” ASC-yə elektrik dirəklərinin yararsız vəziyyətdə olması və yeni transformatorun quraşdırılması barədə etdikləri müraciətlərinə əsasən kəndin 40-a yaxın fərdi yaşayış evinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatı yenilənib.
05 fevral 2024-cü il tarixdə “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəsi tərəfindən rayonun Qəbələ Müskürlü kəndi ərazisində yeni 63 kVA gücündə elektrik transformatoru, 25 dayaq və 900 metrdən çox elektrik kabel xətləri quraşdırılıb.
Bununla da həmin ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatının dayanıqlı və keyfiyyətli olmasına şərait yaradılıb.