Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Qaraməryəm kəndində növbəti səyyar qəbul keçirilib

16 yanvar 2025 | 17:34

16 yanvar 2025-ci il tarixdə Qaraməryəm kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı kənd sakini, 44 günlük Vətən müharibəsi əlili Tahirov Turan Əlqan oğlu gənclərin asudə vaxtlarında futbol oynamaları üçün meydançanın yaradılması, Rzayeva Gülnar Ağaməsim qızı kənd bağçasına gedən yolun təmir edilməsi, Quliyeva Səbinə Sahib qızı yaşadığı məhəllədə qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Quliyev Səbuhi Fəxrəddin oğlu istifadəsində olan torpaq sahəsinə çıxarışın alınması üçün köməklik olunması və digərləri müxtəlif mövzular barədə rayon icra hakimiyyətinin başçısına müraciət etmiş, qaldırılan məsələlər qeydə alınaraq nəzarətə götürülmüşdür.

Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər