Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib

01 iyun 2024 | 12:02

01 iyun 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Qarabaqqal kəndinin ərazisində mövcud olan məişət tullantıları poliqonu sahəsində təmizlik aksiyası keçirilib.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən təmizlik aksiyasında Şəhər Təsərrüfatı Birliyinin, rayonda fəaliyyət göstərən xidməti təşkilatların kollektivləri fəal iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin əsas məqsədi ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Toplanan məişət tullantıları yığılaraq ərazilərdən daşınıb. Göyçayda təmizlik işləri daim diqqət mərkəzində saxlanılmaqla həftəsonları təmizlik işlərinin aparılması mütəmadi olaraq davam etdirilir.

Keçidlər