Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun İnçə kənd sakini, müharibə iştirakçısı Sərvər Məcidovun intihar etməsi ilə bağlı məlumat

30 sentyabr 2022 | 16:47

Sosial şəbəkələrdə Göyçay rayonunun İnçə kənd sakini, müharibə iştirakçısı Məcidov Cavid Sərvər oğlunun intihar etməsi ilə bağlı paylaşımlar olmuşdur. 

Aparılmış ilkin istintaq təhqiqatı ilə müəyyən edilmişdir ki, 44 günlük müharibə iştirakçısı C.Məcidov fərdi təsərrüfatlarında ot biçini işləri aparan zaman biçin aqreqatında baş vermiş nasazlıq nəticəsində aqreqatın alovlanması ilə əlaqədar ciddi yanğın xəsarəti almış, həmçinin alovun söndürülməsinə cəhd edən C.Məcidovun atası Sərvər Məcidov da xəsarət almışdır.

Xəsarət alan ata və oğul Rayon Mərkəzi Xəstəxanasına aparılmış, həkimlərin ciddi səyinə baxmayaraq C.Məcidovun həyatını xilas etmək mümkün olmamışdır.

Rayon Prokurorluğu tərəfindən müvafiq təhqiqat işləri davam etdirilir.

Keçidlər