Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində Vətən müharibəsi şəhidi Ayaz Əhmədovun üçüncü ildönümü məzarı önündə qeyd olundu

07 oktyabr 2023 | 17:31

07 oktyabr 2023-cü il tarixdə rayonun İkinci Ərəbcəbirli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əhmədov Ayaz Elson oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Ayaz Əhmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Əhmədov Ayaz Elson oğlu 04.03.2000-ci il tarixdə Göyçay rayonunun İkinci Ərəbcəbirli  kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi  təlimlərə cəlb edilmiş, 07 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər