Göyçay rayonunun Hacıağabəyli kəndində növbəti səyyar qəbul keçirildi
Mayın 26-da Göyçay rayonunun Hacıağabəyli kəndində növbəti səyyar qəbul keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edirdilər.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.