Göyçay rayonunun Cırqurd kəndində sel sularının avtomobil yolunda yaratdğı təhlükə aradan qaldırılır
18 may 2024 | 13:08
Son günlər yağan güclü leysan yağışları nəticəsində rayonun Cırqurd kəndində sel sularının ötürücü arxında sululuğun səviyyəsi artmış və avtomobil yoluna ziyan dəymişdir.
Aparılan operativ tədbirlər nəticəsində həmin yola xüsusi texnika cəlb olunmuş və avtomobil yolunun kənarlarında torpaqbərkitmə işləri aparılır və nəqliyyat vasitələrinin hərəkəti təmin olunmuşdur.